Partlayış baş verən binadan FOTOLAR

 Partlayış baş verən binadan  FOTOLAR
  25 Oktyabr 2022    Oxunub:1278
Bakıda yaşayış binasında partlayış baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, rayon ərazisində yerləşən yaşayış binalarının birinin 4-cü mərtəbəsində qaz sızmasından partlayış olub. Nəticədə mənzilin sahibi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal müvafiq dövlət qurumlarının əməkdaşkarı cəlb olunub. Polis əməkdaşlarının köməyi ilə ev sahibi dərhal xəstəxanaya çatdırılıb və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Faktla bağlı araşdırma aparılır.











AzVision.az


Teqlər:





Xəbər lenti