Günəş tutulması başa çatıb - YENİLƏNİB + FOTOLAR

 Günəş tutulması başa çatıb -  YENİLƏNİB + FOTOLAR
  25 Oktyabr 2022    Oxunub:1285
İlin ikinci Günəş tutulması başa çatıb.
Şamaxı Astrofizika Rəsədxanasından AzVision.az -a verilən xəbərə görə, qismən Günəş tutulması hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatıb. Tutulmanın maksimumu saat 15:00-da olub. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edib. Bu təbiət hadisəsini Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə etmək mümkün olub.

Qeyd edək ki, 2022-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi gözlənilir. İlin ilk Günəş tutulması aprelin 30-da, ilk Ay tutulması isə may ayının 16-da baş verib. Noyabrın 8-də ilin ikinci Ay tutulması olacaq.

***

İlin ikinci Günəş tutulması başlayıb.

AzVision.az xəbər verir ki, qismən Günəş tutulması olan hadisə 17:02:11-də sona çatacaq. Tutulmanın maksimumu 15:00:16-da olacaq və 4 saat 3 dəqiqə 50 saniyə davam edəcək.

Bu, Avropanın əksər hissəsində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərbində müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda da müşahidə edilir. akıda tutulma hadisəsi 13:59:38-də başlayıb və 16:30:05-də sona çatıb. Tutulmanın maksimumu 15:17:43-də olacaq.







AzVision.az


Teqlər:





Xəbər lenti