MEDİA “ASAN Radio” ilə birlikdə “Smart media” rubrikasına başlayır
25 Oktyabr 2022
Oxunub:1072
Medianın İnkişafı Agentliyi (MEDİA) ASAN Radio ilə birlikdə media savadlılığının artırılması məqsədilə “Smart media” rubrikasına başlayır.
Agentlikdən AzVision.az -a bildirilib ki, qlobal informasiya mühitinin əsas anlayışlarından olan media savadlılığı ilə bağlı məlumatlılığın artırılması üçün həm “ASAN Radio”nun dalğasında səsləndirilən çarxlar, həm də sosial media hesablarımızda paylaşılan postlarda mövzuya uyğun əsas suallar cavablandırılacaq. AzVision.az