“Bəzi marginal qruplar bilməlidirlər ki…” – Azay Quliyev

   “Bəzi marginal qruplar bilməlidirlər ki…” – Azay Quliyev
  25 Oktyabr 2022    Oxunub:838
“Hazırda çox həssas bir diplomatik və siyasi mərhələni keçməkdəyik. Ermənistanın və onun havadarlarının çeşidli hiylə və təxribatlarına baxmayaraq, Azərbaycan addım-addım və qətiyyətlə öz strateji hədəflərinə çatmaqda və qarşısına qoyduğu planları həyata keçirməkdədir”.
Bu sözlər millət vəkili Azay Quliyevə məxsusdur. Deputat bildirib ki, yaxın həftələrdə Azərbaycanın müəyyən etdiyi şərtlər və prinsiplər əsasında Ermənistanla sülh müqaviləsi mətninin rəsmi şəkildə müzakirəyə çıxarılması gözlənilir və əslində, Paşinyan rejiminin ölkəmizin yaratdığı mövcud reallıqları qəbul etməkdən başqa çarəsi yoxdu.

“Lakin proses rəvan getmir. Azərbaycan bir tərəfdən Fransa, İran və Rusiya kimi dövlətlərin diplomatiya və informasiya cəbhəsində bizə qarşı etdiyi həmlələri dəf edir, digər tərəfdən isə keçmiş münaqişə dövründə Ermənistanın işğal siyasətinin nəticələrini legitimləşdirməklə məşğul olan ATƏT -in (Minsk qrupunun) yenidən baş qaldırmış ikili yanaşmalarını və əsassız qərarlarını neytrallaşdırmağa çalışır.

Belə bir həssas dönəmdə, hər kəsdən, xüsusilə, siyasi müxalifətdən və ictimai fəallardan çox böyük məsuliyyət və vətənpərvərlik tələb olunur. Lakin biz son günlər bəzi marginal qrupların yenə də məqsədyönlü şəkildə faəllaşdığını və prosesə mənfi yöndən təsir etməyə çalışdıqlarını görürük. Onlar bilməlidirlər ki, təşkil etdikləri provakativ aksiyalarla yalnız dövlətimizə zərər vururlar, düşmən tərəfə ölkəmiz əleyhinə beynəlxalq platformalarda istifadə etmək üçün yeni “tezislər” və bəhanələr verirlər və Ermənistan mətbuatının “baş qəhrəmanları”na çevrilirlər.
Düşünürsən ki, görəsən, bunlar doğurdan bunu dərk etmirlər, yoxsa, elə məqsəd budur?”,- millət vəkili sual edib.


Teqlər:





Xəbər lenti