I Qarabağ şəhidinin oğlu məktəb direktoru təyin edildi

 I Qarabağ şəhidinin oğlu məktəb direktoru təyin edildi
  26 Oktyabr 2022    Oxunub:876
I Qarabağ müharibəsi şəhidi Dadaş Zeynalovun oğlu Camal Zeynalov Zəngilan rayon 23 nömrəli tam orta məktəbə direktor təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Zəngilan rayon təhsil sektorundan faktı AzVision.az -a təsdiqləyiblər.

Bundan öncə Camal Zeynalov Zəngilan rayonu 11 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.

Qeyd edək ki, Dadaş Zeynalov 1949-cü ildə Zəngilan rayonunda anadan olub. Zəngilan rayonunun şəbəkə rəisi işləyib. 1993-cü il 24 martda ermənilərin Zəngilanı qrad atəşinə tutması nəticəsində şəhid olub.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti