Bakıda qəza baş verən yerdən su tamamilə çəkilib

Bakıda qəza baş verən yerdən su tamamilə çəkilib
  26 Oktyabr 2022    Oxunub:726
Bakının Yasamal rayonunda qəza nəticəsində su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.

Məlumatla əlaqədar FHN-in müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti