Xarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə

   Xarici dövlətlərin hərbi attaşeləri hərbi liseydə
  26 Oktyabr 2022    Oxunub:942
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər.
Müdafiə Nazirliyindən AzVision.az -a bildirilib ki, qonaqlar əvvəlcə hərbi liseyin Heydər Əliyev Muzeyinə gələrək burada Ümummilli Liderin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən foto-guşə ilə tanış olublar.

Xarici ölkələrin hərbi nümayəndələrinə hərbi liseyin tarixi və fəaliyyəti barədə ətraflı brifinq təqdim edilib. Daha sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları və maddi-texniki bazası ilə tanış olub, tədris prosesini izləyiblər.

Hərbi attaşelər təhsil müəssisəsinin xatirə kitabına ürək sözlərini yazıblar. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti