Azərbaycan Yazıçılar Birliyinin qurultayı başlayıb - FOTOLAR+YENİLƏNİB

  Azərbaycan Yazıçılar Birliyinin qurultayı başlayıb -  FOTOLAR+YENİLƏNİB
  26 Oktyabr 2022    Oxunub:2200
Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı başlayıb.
AzVision.az xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Sonra qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında öz işinə başlayıb. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qurultayı açıq elan edib. Dövlət himni səslənib. Daha sonra ötən qurultaydan bu günə qədər ölən yazıçıların adları sadalanıb. Bunun ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir.

Qeyd edək ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.

***
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçiriləcək.
AzVision.az xəbər verir ki, Akademik Milli Dram Teatrında təşkil olunacaq qurultaya hazırlıqlar başlayıb.

Qurultayda AYB-yə yeni sədr seçiləcək.























Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti