"Kənd camaatı yığışmağa məscidlərdən başqa yer tapmır" - Sabir Rüstəmxanlı

   "Kənd camaatı yığışmağa məscidlərdən başqa yer tapmır" -    Sabir Rüstəmxanlı
  26 Oktyabr 2022    Oxunub:2100
"Rəsmi orqanlarımız illər uzunu Güney Azərbaycan üçün kadr hazırlığını əldən verib. Bir nəfər də Güneydən gələn gəncimizi dövlət hesabına oxutmamışıq. Müxtəlif yerlərdən gələnlər oxuyublar. İdeoloji işimizə başçılıq edənlərin sovet təfəkküründən qopa bilməməsi bəzən güneylə bağlı siyasətimizin düzgün qurulmasına mane olub. İndi Prezident İlham Əliyevin son çıxışından sonra hamısı bir kampaniyaya qoşulub".
AzVision.az xəbər verir ki, bunu millət vəkili, Xalq yazıçısı Sabir Rüstəmxanlı Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında çıxışı zamanı deyib. O bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ədəbi əlaqələr qurulmalıdır.

"Mədəniyyət sahəsində aparılan yalnışlar nəticəsində kitabların tirajı azalır. Rayon və kəndlərimizdə kitabxanalar ixtisar edilib. Bu ədəbiyyatın faciəsidir. Kənd camaatı yığışmağa məscidlərdən başqa bir yer tapmır. Bu cənub qonşularımızın işinə yarayır".

Deputat qeyd edib ki, ingilis və rus dilli məktəblərin sayı artır.

"O gənclər Azərbaycan ədəbiyyatından xəbər tutacaqmı?!
Azərbaycan klassik ədəbiyyatının inciləri çoxdur və onlar nə qədər ki, məhv olunmayıb, Azərbaycana qaytarılmalıdır.

Müharibə şəraitinə, üzləşdiyimiz çətinliklərə baxmayaraq AYB-nin qorunub saxlanması, ədəbi orqanlarımızın yüksək səviyyədə nəşri məni ürəkdən sevindirir".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti