Dializ aparatlarının 10%-i istismar müddətini başa çatıb

Həmçinin qeyd edilib ki, bəzi hallarda avadanlıqlar Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına 2019-2020-ci illərdə ümumilikdə 1120,8 min manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilməsinə baxmayaraq, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamayıb, əhaliyə digər rayonlarda xidmət göstərilib.
Ümumilikdə, hemodializ şöbələrinə 2019-2021-ci illərdə verilmiş 49 ədəd hemodializ aparatı müxtəlif səbəblərdən istifadəyə verilə bilməyib.
Audit sübutları registrə daxil edilən məlumatların məhdudluğu və növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyini, bunun isə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri ilə nəticələndiyini göstərib, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olub.
Qeyd edək ki, audit 01.01.2016-cı il tarixindən 31.12.2021-ci il tarixinədək olan dövrü əhatə edib və 09.03.2022-ci il tarixindən 01.06.2022-ci il tarixinədək aparılıb.
AzVision.az
Teqlər: