Qarabağda vəhşi heyvanları öyrənmək üçün kameralar quraşdırılır

“Kameraları yay aylarında quraşdırmışıq. Bu yaxınlarda onların çəkilişlərini götürmək üçün gedəcəyik. Eyni zamanda ərazidə yeni kameralar da quraşdırılacaq. Bu kameralar bəbiri müşahidə etmək üçün nəzərdə tutulsa da, ora düşən digər vəhşi heyvanlar da tədqiq edilir”.
E.Əsgərov qeyd edib ki, Qarabağın uzun illər insan ayağı dəyməyən yerlərində vəhşi heyvanların sayı çoxalıb:
“Kəlbəcərdə olarkən hər addımbgaşı ayı pəncəsinin izlərini müşahidə edirdim. Eyni zamanda orada bəbir görülüb. Bundan əlavə, vaşaq, canavar, çaqqal, qaya keçisi, dağ keçiləri də var. Maralların kökü kəsilib ki, onu da layihə çərçivəsində artıracayıq. Eyni zamanda dağ keçilərinin sayının da müəyyən ərazilərdə artırılması nəzərdə tutulur”.
Aytən Zəhra
AzVision.az
Teqlər: