"Anar Azərbaycan xalqının pasportudur" - Aqil Abbas

   "Anar Azərbaycan xalqının pasportudur" -   Aqil Abbas
  26 Oktyabr 2022    Oxunub:733
"Mən səsimi yazıçı Anara verəcəyəm. Çünki o, Azərbaycan xalqının pasportudur".
AzVision.az xəbər verir ki, bunu yazıçı, millət vəkili Aqil Abbas Azərbaycan Yazıçılarının 13- cü qrultayında deyib. O bildirib ki, Yazıçılar Birliyinin sədri kimi Anar Rzayevi görür.

"Mən də istəyirəm ki, seçkilər qapalı səs vermə ilə keçirilsin. Amma keçən iclaslarda məsələ qaldırıldı ki, açıq səsvermə ilə olsun. Hər halda belə məsləhət görüldü.

Səsim Anara olacaq, çünki o, Azərbaycan xalqının pasportudur".

Qeyd edək ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilir. Yazıçılar birliyinə yeni sədr seçiləcək.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti