"Həyatım zəngin və gözəldir" - Hüseynbala Mirələmov

  "Həyatım zəngin və gözəldir" -  Hüseynbala Mirələmov
  26 Oktyabr 2022    Oxunub:2503
"Anarın həm ağsaqqalıq kefiyyətləri, həm gənclərə qayğısı imkan verir ki, o, yenidən Yazıçılar Birliyinin sədri olsun. Mən Anardan üstününü görmürəm. Anar 35 il işləyib, lap 15 il də işləsə mən ona səs verəcəyəm".
AzVision.az xəbər verir ki, bunu yazıçı, sabiq deputat Hüseynbala Mirələmov deyib. O, bildirib birliyin sədri kimi Xalq yazıçısı Anar Rzayevi dəstəkləyir.

"Ağsaqqal və sənətkar kimi ondan yaxşısı yoxdur. Mənim bu vəzifəyə iddiam yoxdur. Mən ancaq gözəl yazıçılara paxıllıq edirəm. Gözəl əsərləri oxuyuram və deyirəm ki, kaş mən belə gözəl əsər yaza bilərdim".

Yazıçı haqqında danışılan söz- söhbətlərə də aydınlıq gətirib.

"Bəzən deyirlər ki, Hüseynbalanın hansısa əsərini filankəs yazıb. Bunların hamısı böhtandır. Mən 7- ci sinifdən yazıram. Mirzə Fətəli Axundov adına Kitabxanada hekayələrim qalıb. Kim maraqlanırsa, gedib baxsın.

Bu yaşımda da ancaq yazıram, yaradıram. Darıxıb etmirəm. Yaradıcılıq qoymur ki, adam daxilən sıxılsın. Ya yazıram, ya da oxuyuram. Bu gözəl bir həyatdır. Ondan zəngin həyat yoxdur. Yazmadığım vaxt da istirahət edirəm. Onlardan vaxt olanda nəvələrimlə oynayıram. Dostlarla görüşürəm, həyat bundan ibarətdir də".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti