DOST modeli digər ölkələrə nümunə kimi təqdim ediləcək

Görüş zamanı F.Məmmədov BSTA-nın baş katibi Marselo Abi-Ramia Kaetano, baş katibin ofis rəhbəri Yens Şremmer və Avrasiya üzrə regional koordinator Dmitri Karasyova son illər Azərbaycanda aparılan sosial islahatlar, DOST konsepsiyası, agentliyin uğurları, icra etdiyi layihə və proqramlar barədə geniş məlumat verib.
BSTA nümayəndələri DOST Agentliyinin fəaliyyətini böyük maraqla qarşılayıb, DOST modelinin BSTA platforması vasitəsilə digər ölkələrə çatdırılacağını bildiriblər. Qeyd ediblər ki, Azərbaycanın dövlət sosial xidmətlərinin göstərilməsi sahəsindəki nailiyyətlərini digər ölkələrə nümunə kimi göstərmək üçün DOST Agentliyi müxtəlif vebinar, seminar və konfranslara cəlb ediləcək.
Görüş zamanı DOST Agentliyinin BSTA-ya üzvlüyü, eləcə də qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb. BSTA 160 ölkədən 320 sosial sığorta və sosial təminat qurumunu özündə birləşdirən aparıcı beynəlxalq təşkilatdır.
AzVision.az
Teqlər: