Ərizə qəbulu başladı

Ərizə qəbulu başladı
  09 Aprel 2013    Oxunub:1072
SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.
Bu gündən etibarən Azərbaycanda 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin ərizə qəbulu başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət komissiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər bu gündən mayın 17-dək internet vasitəsilə elektron ərizələri doldurur və tələb olunan sənədləri aprelin 15-dən mayın 17-dək müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirirlər.

SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.

Ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər və 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini aprelin 9-dan mayın 17-dək SQK-na müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq edirlər.





Teqlər:  





Xəbər lenti