Anar Yazıçılar Birliyinin yenidən sədri oldu

    Anar Yazıçılar Birliyinin yenidən sədri oldu
  26 Oktyabr 2022    Oxunub:1144
Bu gün Bakıda Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilib.
AzVision.az xəbər verir ki, qurultayda açıq səsvermə yolu ilə Xalq yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilib.

Seçki üçün şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Buna səbəb qurultay iştirakçılarının Anarı dəstəkləməsi olub.

Qurultay katibliyinin sədri Adil Cəmil, üzvləri isə Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur olub.

Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər isə Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu, mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif, seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti