Onun sözlərinə görə, Azərbaycan ordusu öz gücünü təkcə Türkiyə pilotsuz təyyarələrindən almır, o, bir çox cəhətdən Ermənistan ordusundan güclüdür, ona görə də, İrəvan Bakı ilə döyüşməyi planlaşdırmır.
“Hazırda görürük ki, Ermənistan rəhbərliyi bütün səylərini Qafqazda başqa bir ordunun erməni maraqları uğrunda Azərbaycana qarşı vuruşmasını təmin etməyə yönəldib. Onların rus ordusuna ümidləri var idi, lakin Rusiya öz ordusunu Ermənistanın maraqları uğrunda döyüşə göndərməkdən imtina etdi. Odur ki, indi Fransa və ya Amerika ordusuna, yaxud da ABŞ və Fransaya tabe olan başqa ordulara ümid bəsləyirlər.
Ermənistan bu gün İranın pilotsuz təyyarələrinə deyil, ABŞ və Fransaya ümid bağlayıb. ABŞ İranla ciddi münaqişədə olduğu üçün Ermənistanın İranın pilotsuz təyyarələrini alması onun Qarabağ münaqişəsində və bütövlükdə Cənubi Qafqazda ABŞ-dan Azərbaycana qarşı istifadə etmək planlarını puça çıxara bilər.
Rusiya və İran strateji tərəfdaşlıq sazişini niyə imzalaya bilmir? - ŞƏRH |
Ermənistanın İranın pilotsuz təyyarələrinin almağa böyük risk edəcəyi ehtimalı aşağıdır, bəlkə də, İranın Ermənistanın tərəfində olduğunu nümayiş etdirmək üçün bir neçə ədəd alacaq. Amma Ermənistan İranın pilotsuz təyyarələri ilə Azərbaycanı məğlub edə bilməyəcək, əksinə, amerikalıları və fransızları Azərbaycanla münaqişəyə cəlb etməyə çalışacaq”,- Markov belə hesab edir.
Murad Nəcəfov
AzVision.az