"Axmaq-axmaq suallar verməyin" - Çingiz Abdullayev

   "Axmaq-axmaq suallar verməyin" -    Çingiz Abdullayev
  26 Oktyabr 2022    Oxunub:1585
Bu gün növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilən Anar Rzayev və xalq yazıçısı Çingiz Abdullayevin jurnalistləri təhqir etdiyi bildirilir.
AzVision.az xəbər verir ki, məsələ ilə bağlı Kulis.az-a açıqlama verən Anar sözlərinin bu cür qəbul edilməsinə qarşı çıxıb.
"Mən heç bir jurnalisti ilan adlandırmamışam. Belə bir şey olmayıb", - Anar deyib.

Çingiz Abdullayev isə onun jurnalistləri deyil, jurnalistlərin onu təhqir etdiyini bildirib:

"Əksinə, jurnalistlər məni təhqir edib. Qurultay artıq bitmişdi. Başladılar sual verməyə. Mən də onlara dedim ki, axmaq-axmaq suallar verməyin", - Abdullayev bildirib.

Qeyd edək ki, Çingiz Abdullayev qurultaya 203 min pul xərclənməsi haqda sual verən jurnalistə "sən utanıb ölmürsən" deyib. Anar isə “medianın zəhərini uda-uda” sözlərini işlədib.

AzVision.az


Teqlər:





Xəbər lenti