"Metro tıxac problemlərinin qarşısını almaqda əlverişlidir" - Sədr müavini

Sərginin açılışında iştirak edən “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib ki, 55 ilin sınağından uğurla çıxmış metropolitenə yüksək etimad göstərilməsində və ən çox tələbatın olmasında əsas həlledici amilin ictimai nəqliyyatın bu növünün təkcə sürətli olması ilə deyil, həm də meqapolislərə xas olan tıxac problemlərindən qurtulmanın ən əlverişli bir üsulu olması ilə bağlı olduğunu qeyd edib.
"1960-70-ci illərdə metropolitenin artıq bu şəhərin rəmzlərindən birinə çevrilməsi də bu fikirlərin bariz nümunəsidir. O, metronun paytaxtın zəngin memarlıq nümunəsi kimi diqqəti çəkməsinin də bu deyilənlərlə bağlı olduğunu əlavə edib. H.Məmmədov edib ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində bu sərgi dahi şəxsiyyəti ölçüyəgəlməz rəhbər kimi bir daha ictimaiyyətə yaxından tanıtdıracaq. Çünki Bakı metrosu Sovetlər dönəmindəki qısqanc münasibətlərə məhz Onun timsalında sinə gərə bilib, böyüyüb və bu gün şəhərin nəqliyyat nəfəsliyinə çevrilib", - sədr müavini bildirib.
Aytən Zəhra
AzVision.az
Teqlər: