Metroda gediş haqqı artırılacaq? - Açıqlama

 Metroda gediş haqqı artırılacaq? -  Açıqlama
  27 Oktyabr 2022    Oxunub:1133
Bakı metropoliteni metroda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasına müraciət etməyib.
AzVision.az xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hələlik qurumda bu barədə müzakirə aparılmır: "Bakı metropoliteni bu barədə müraciət etməyib və yaxın vaxtlarda da müraciət etməyəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti