"Yaxın günlərdən daha 10 yeni vaqon Bakıya gətiriləcək" - Hidayət Məmmədov

   "Yaxın günlərdən daha 10 yeni vaqon Bakıya gətiriləcək" -    Hidayət Məmmədov
  27 Oktyabr 2022    Oxunub:846
Bakı metropoliteninin Rusiyadan aldığı 10 yeni vaqondan ibarət daha iki qatar tərkibi yaxın günlərdə Bakıya gətiriləcək.
AzVision.az xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov deyib. O bildirib ki, yeni qatarlar yola salınıb:

"Yaxın günlərdə qatarlar Bakıya gətirilərək Nərimanov elektrik deposuna təhvil veriləcək. Yeni qatarlar saxlanma sınaq işlərindən sonra xəttə buraxılacaq. Həmçinin, hazırda ötən həftə Bakıya gətirilən iki yeni qatar tərkibi də sınaq mərhələsindədir. Mərhələ başa çatandan sonra həmin qatarlar da xəttə buraxılacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti