Əhməd İsmayılov: "Azərbaycan mediası yeni islahatlar mərhələsinə qədəm qoyub"

İcraçı direktor qeyd edib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaranmış Medianın İnkişafı Agentliyi beynəlxalq informasiya mübadiləsinə hesablanmış tədbirlər görür.
“Bu il Şuşada keçirilən beynəlxalq forumda dünyanın 20-yə yaxın ölkəsindən gəlmiş xarici media nümayəndələri və ekspertlər, beynəlxalq media təşkilatlarının təmsilçiləri ilə müasir media mühitinə dair bütün aktual mövzular ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyası dünyamızın reallıqları fonunda daha böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur”, - deyə Əhməd İsmayılov vurğulayıb.
AzVision.az
Teqlər: