Bu ilin məişət cinayətləri: 32 qadın öldürülüb

 Bu ilin məişət cinayətləri:  32 qadın öldürülüb
  27 Oktyabr 2022    Oxunub:1442
Cari ilin yanvar-iyun ayları ərzində məişət zorakılığı ilə bağlı 745 cinayət hadisəsi qeydə alınıb. Bu əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 7,2 faiz azdır.
AzVision.az statistik məlumatlara istinadən xəbər verir ki, məişət zorakılığı ilə bağlı cinayətlərin 105-i əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 22-si isə sərxoş vəziyyətdə törədilib.

Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 89,9 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 5,8 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 2,6 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 1,7 faizi isə digər cinayətlərə aiddir.

Bu cinayətlər nəticəsində 764 nəfər zərər çəkib.Onların sayı əvvəlki ilin göstəricisinə nisbətən 6,9 faiz azalıb. Onlardan 81,8 faizini qadınlar (2,2 faiz azalma), 0,5 faizini (dəyişməz olaraq qalıb) isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 32,3 faiz artaraq 41 nəfər (onlardan 32-si qadınlar) olub.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti