"Milyardlıq saat taxan məmurdan yazın, Çingizdən yox" - Seyran Səxavət

“Jurnalist milyonlarla yeyintinin araşdırması ilə məşğul olsun. Hamı bilir ki, hansı məmur nə qədər pul yeyintisi edib. Jurnalistin nə azarı var, ona nə düşüb ki, 203 minin hara xərcləndiyini soruşur?
Məmurların dağıtdığı milyardları qoyub 203 minin dalınca qaçır. Burada jurnalistin nə marağı var?
Məmur var ki, qoluna milyardlıq saat taxır. Əvvəlcə ondan hesabat soruşssun, sonra gəlib bizi başa salsın görək, o 200 min yazıçılara çoxdur, yoxsa az. Hamı bilir ki, məmurlar ölkədən milyardlar çıxardır. Həmin jurnalistdən soruşuram, bir dəfə bundan yazdınmı?
Yazıçılar Birliyinə 200 min azdır, 200 milyard xərcləmək lazımdır”, S.Səxavət əlavə edib.
Qeyd edək ki, Xalq yazıçısı Çingiz Abdullayev qurultay üçün ayırılan 203 min manatla bağlı sual verən jurnalistə "Utanmırsınız, Xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsən?", - deyə sərt reaksiya verib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: