Rəsmi Bakı: "Ermənistanın cəzasızlığına son qoyulmalıdır"

      Rəsmi Bakı:    "Ermənistanın cəzasızlığına son qoyulmalıdır"
  27 Oktyabr 2022    Oxunub:700
İki il bundan əvvəl oktyabrın 27-28 tarixlərində Ermənistan Bərdəni kasetli bombalarla atəşə tutub. Ermənistanın bu hücumu nəticəsində 2 yaşlı qız daxil olmaqla 27 nəfər həlak oldu və 70-dən yuxarı şəxs yaralandı.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında bildirilib. Qeyd olunub ki, bu raket hücumu ən çox itkiyə səbəb olan və dinc əhaliyə qarşı edilmiş müharibə cinayəti idi. “Ermənistanın törətdiyi hərbi cinayətlərin müqabilində cəzasız qalmasına son qoyulmalıdır”, - deyə bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti