Xüsusi karantin rejiminin müddəti uzadıldı

  Xüsusi karantin rejiminin müddəti uzadıldı
  27 Oktyabr 2022    Oxunub:884
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 yanvar saat 06:00-dək uzadılıb.
AzVision.az -ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Qeyd edək ki, bundan əvvəl bu müddət 2022-ci il 1 noyabr saat 06:00-dək olan dövrü əhatə edib.

AzVision.az



Teqlər:



Xəbər lenti