"Qış parkı" yaxınlığında tikilidə yanğın başladı

   "Qış parkı" yaxınlığında tikilidə yanğın başladı
  27 Oktyabr 2022    Oxunub:665
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti