Ceyhun Bayramov Bərdə terroru ilə bağlı paylaşım edib

"Oktyabrın 27-28-də fəal hərbi əməliyyatlar zonasından kənarda əhalinin sıx məskunlaşdığı hissəsinə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 27 nəfər həlak olub, 70-dən çox dinc sakin yaralanıb. Biz bu müharibə cinayəti nəticəsində xaincəsinə öldürülənləri xatırlayır və hörmətlə anırıq", - nazir bildirib.
Qeyd edək ki, Vətən müharibəsi zamanı Bərdə rayonunun Qarayusifli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından iki il keçir.
2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə qəddarcasına cəbhə zonasından kənarda yerləşən kəndi "Smerç" raketləri ilə atəşə tutub. Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı şəhid olub, 14 nəfər isə xəsarət alıb.
Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.
AzVision.az
Teqlər: