XİN-dən Brüssel görüşü ilə bağlı açıqlama

   XİN-dən Brüssel görüşü ilə bağlı açıqlama
  27 Oktyabr 2022    Oxunub:684
Gələn ay Brüsseldə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

“Noyabr ayının ilk günlərində Brüssel şəhərində delimitasiya üzrə komissiyaların iclası keçiriləcək. Həmin iclasdan sonra delimitasiya komissiyasının katibliyi tərəfindən ictimaiyyətə açıqlama veriləcək”,- nazir müavini deyib

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Miqer Qriqoryanın ofisi belə bir görüşün keçiriləcəyi barədə məlumat yayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti