Hərbi prokurorluq: 450-dən çox meyit qalıqları ekshumasiya edilib

      Hərbi prokurorluq:    450-dən çox meyit qalıqları ekshumasiya edilib
  28 Oktyabr 2022    Oxunub:850
Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən artıq insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib.
Bu barədə AzVision.az -a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən artıq molekulyar-genetik ekspertizaları təyin olunaraq icraya yönəldilib.

Eləcə də şahidlər dindirilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti