Zığ-Hövsan yolu yenidən qurulacaq

   Zığ-Hövsan yolu yenidən qurulacaq
  28 Oktyabr 2022    Oxunub:696
Bakı şəhəri Suraxanı rayonunun 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılıb.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti