Paşinyanın gedəcəyi Milli Qalereyanın işığını kəsdilər

   Paşinyanın gedəcəyi Milli Qalereyanın    işığını kəsdilər
  28 Oktyabr 2022    Oxunub:639
Bir müddət əvvəl Ermənistan Milli Qalereyasına elektrik enerjisinin verilməsində problem yaranıb. AzVision.az xəbər verir ki, yerli media enerjinin kəsilməsinin baş nazir Nikol Paşinyanın bura gəlməsi ərəfəsində baş verməsini arzuolunmaz hal olduğunu yazıb. Çünki baş nazirin ziyarəti ləğv oluna bilər.
Milli Qalereyanın mətbuat xidməti "Hraparak"a açıqlamasında enerji təminatında problemin olmasını təsdiqləyib. Bildirilib ki, problem qalereya daxilində deyil, həyətdə yaşanıb. Transformatorun işıqla təminətinda nasazlıqlar var. Hazırda problemi aradan qaldırmağa çalışırlar.

"Ümid edirik ki, bu böyük problemə çevrilməyəcək, elektrik şəbəkəsi bir saat ərzində bunu aradan qaldıracağını vəd edib”, - Milli Qalereyanın mətbiat xidməti bəyan edib.

Qeyd edək ki, Ermənistan Milli Qalereyasında rəsmi şəxslərin iştirakı ilə və Ermənistanın baş nazirinin də qatılacağı Ümumdünya Erməniləri Sammitinin rəsmi açılışı planlaşdırılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti