Problemli kreditlər 25 % azalıb

Problemli kreditlər 25 % azalıb
  28 Oktyabr 2022    Oxunub:1050
Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 649,5 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,5 % azdır. Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 9,7 %, son 1 ildə isə 25,4 % azalıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,4 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,3 %, ötən il sentyabrın sonuna isə 5,6 % olub.

AzVision.az


Teqlər:





Xəbər lenti