“Dəmir Ledi”nin xatirəsi əbədiləşdiriləcək

“Dəmir Ledi”nin xatirəsi əbədiləşdiriləcək
  09 Aprel 2013    Oxunub:1937
Azərbaycanda Margaret Tetçerin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi tədbir keçiriləcək
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis etdiyi Beynəlxalq Mükafatın sonuncu sahibi olan Böyük Britaniya Krallığının sabiq Baş Naziri, Baronessa Margaret Tetçerin vəfatı ilə bağlı idarə heyyətinin üzvləri tərəfindən başsağlığı göndərilib.

AzVision.az xəbər verir ki, başsağlığında bildirilib ki, Ledi Margaret Tetçer həm ölkəsinin inkişafı və xalqının rifahının yüksəlməsi, həm də dövlətlərinin həmrəyliyi istiqamətində mühüm işlər görüb.

«İnanırıq ki, onun əziz xatirəsi Böyük Britaniya xalqının yaddaşında və bəşər tarixində əbədi qalacaq. Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə və bütün Böyük Britaniya Krallığının xalqına dərin hüznlə başsağlığı veririk.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının may ayında Azərbaycanda keçiriləcək ali toplantısı zamanı Ledi Margaret Tetçerin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi tədbirində keçirilməsi qərara alınıb.


Teqlər:





Xəbər lenti