Mərkəzi Bank: İnflyasiya təzyiqləri qalmaqdadır

      Mərkəzi Bank:    İnflyasiya təzyiqləri qalmaqdadır
  28 Oktyabr 2022    Oxunub:818
Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da inflyasiya təzyiqləri qalmaqdadır.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, AMB-nin təhlillərinə görə, faktiki inflyasiya əsas ticarət tərəfdaşlarındakı inflyasiya proseslərindən və xarici mənşəli xərc amillərindən təsirlənir. Təklif amillərinin yüksək qalıcılığını və tələb amilinin qismən aktivləşmə riskini nəzərə alaraq cari ilin sonuna inflyasiya proqnozu yüksəldilib.

"Son aylarda inflyasiya təzyiqlərinin artdığı şəraitdə məcmu tələbin izafi genişlənməsinə yol verilməməsi və milli valyutada yığımların dəstəklənməsi üçün pul siyasətinin sərtləşdirilməsi, yəni uçot dərəcəsinin və faiz dəhlizinin aşağı həddinin qaldırılması ilə bağlı qərar qəbul olunub.

Bank sektorunda likvidliyin idarə olunması imkanlarının daha da gücləndirilməsi və qısamüddətli pul bazarında faiz dərəcələri vasitəsi ilə kredit aktivliyinin tənzimlənməsi məqsədilə faiz dəhlizinin eninin daraldılması məqsədəuyğun hesab edilib"- AMB-nin açıqlamasında vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti