Zaqatalada yeni doğulan körpə ölüb

Zaqatalada yeni doğulan körpə ölüb
  28 Oktyabr 2022    Oxunub:877
TƏBİB Zaqatalada yeni doğulan körpənin ölümü ilə bağlı məlumat açıqlayıb.
TƏBİB-dən AzVision.az -a verilən məlumatda bildirilib ki, 41-42 həftəlik hamilə olan 1998-ci il təvəllüdlü G.Z. 25 oktyabr tarixində saat 12:23 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə daxil olub.
Daxil olarkən ananın vəziyyəti kafi qiymətləndirilib. 26 oktyabr tarixində saat 07:35 radələrində təbii doğuş başa çatıb.
Doğuş prosesi ağır keçib və yenidoğulmuşun doğulmasında ləngimə qeydə alınıb. Doğuşdan sonra körpəyə doğuş zamanı ağır asfiksiya diaqnozu qoyulub.
Vəziyyəti ağır qiymətləndirilən körpə Bakı şəhərinə təxliyə edilib. Tibb müəssisəsinə yerləşdirilmədən körpədə ölüm halı qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti