Ağdamda ana və qızını avtomobil vurub - FOTO

Natiq Bayramovun idarə etdiyi "Mersedes ML" markalı minik avtomobili yolu keçən iki qadını vurub. Hər iki yaralı xəstəxanaya çatdırılsa da, onlardan biri - 1953-cü il təvəllüdlü Hətəmova Məlahət Aslan qızı həyatını itirib. Ağır bədən xəsarətləri alan 1975-ci il təvəllüdlü Hacıyeva Gülşən Siyasət qızının müalicsəi davam edir. Onların ana və övlad olduğu bildirilir.
Əraziyə Ağdam rayon polis şöbəsinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma başladılıb.(Apa)
AzVision.az
Teqlər: