Bəzi fermerlər məhsuldarlığı niyə az göstərirlər?
Onun sözlərinə görə, son nəticədə təsərrüfatlarda sığorta hadisəsi baş verəndə fermerlər az ödəniş əldə edirlər.
"Fermerlər sığorta haqqı məsələsində qənaət etməyə çalışırlar. Halbuki, həmin məbləğ elə də çox deyil, üstəlik burada dövlət dəstəyi də var. Sığorta haqqının 50%-ni dövlət ödəyir. Fermerləri risklərini düzgün qiymətləndirməyə, buna uyğun sığorta haqqı ödəməyə və sığorta ödənişi almağa çağırırıq", - deyə o, qeyd edib.
Xatırladaq ki, 2021/2022-ci illərdə bitkiçilik üzrə 55 024 aqrar sığorta müqaviləsi bağlanıb ki, bunun da 41 529-u, yəni təxminən 75 %-i buğda və arpa sahələrinin payına düşür. Ümumilikdə bü günə qədər ölkə üzrə əkinə yararlı sahələrin 23 %-ni Fond sığortalayıb. Sığortalanan 450 min hektara yaxın əkin sahəsinin 370 min hektarını buğda və arpa sahələri təşkil edir.
2021/2022-ci il əkin mövsümündə bitkiçilik üzrə toplanan sığorta haqqının məbləği 11,5 milyon manatı keçib. Aqrar Sığorta Fondunun baş verən sığorta hadisələri ilə bağlı bu ilin sonuna qədər 3 milyon manat ödəniş edəcəyi gözlənilir.
AzVision.az
Teqlər: