Bakı-Qazax yolunda qəza: 8 nəfər yaralanıb - YENİLƏNİB

 Bakı-Qazax yolunda qəza: 8 nəfər yaralanıb - YENİLƏNİB
  29 Oktyabr 2022    Oxunub:1464
Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsinin ilkin səbəbi məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən AzVision.az-a bildirilib ki, Baki-Qazax yolunun 26-cı km-də 99-XX-256 dövlət nömrə nişanlı, “İsuzu” markalı, 164 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına anidən piyada çıxdığından sürücü idarəetməni itirərək avtobusu aşırıb.

Hadisə nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və ölümcül xəsarət alan yoxdur.


***

Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az xəbər verir ki, hadisə Sahil qəsəbəsi istiqamətində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, mikroavtobusun aşması nəticəsində 8 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti