"Aİ Ermənistanla Azərbaycan arasında sülh prosesində fəal iştirak edir" - Toivo Klaar

   "Aİ Ermənistanla Azərbaycan arasında sülh prosesində fəal iştirak edir" -    Toivo Klaar
  29 Oktyabr 2022    Oxunub:1062
Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sülh prosesinin bütün səviyyələrində fəal iştirak edir.
AzVision.az bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib. Onun sözlərinə görə, bunun ən bariz sübutlarından biri də Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında 4 görüş keçirmiş Avropa Şurasının sədri Şarl Mişelin fəaliyyəti və bu istiqamətdə öz səyləridir.

“Avropa İttifaqının burada öz maraqları var. Bu, bizim qonşu regionumuzdur, ona görə də biz açıq-aydın dinc və firavan Cənubi Qafqazda maraqlıyıq. Ona görə də Ermənistanla Azərbaycan arasında münaqişənin həlli vacibdir”.

Onun sözlərinə görə, Aİ-nin fəaliyyətinin əlamətlərindən biri Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsidir. "Missiyanın müddəti iki aydır. Vəsait Gürcüstandakı müşahidə missiyasının büdcəsindən ayrılıb. Biz monitorinq missiyasının vaxtını daha uzun müddətə uzada bilmərik. Ümid edirəm ki, monitorinq missiyası Brüsseli yerlərdəki vəziyyət və mövcud çağırışlar barədə daha yaxşı məlumatlandıracaq, beləliklə, sülh prosesi daha effektiv şəkildə təşviq oluna bilər".

Əminəm ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli, sərhədlərin, kommunikasiyaların açılması, ticarətin bərpası Cənubi Qafqazın hər üç respublikası üçün sərfəlidir", - xüsusi nümayəndə qeyd edib.


Teqlər:





Xəbər lenti