"Bakı-Ələt yolunda baş verən qəzada 23 nəfər yaralanıb" -TƏBİB+YENİLƏNİB

 "Bakı-Ələt yolunda baş verən qəzada 23 nəfər yaralanıb" -TƏBİB+YENİLƏNİB
  29 Oktyabr 2022    Oxunub:1406
Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib.
TƏBİB-dən AzVision.az-a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib.

Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.

Qeyd edək ki, xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.

Onların vəziyyətlərilə bağlı əlavə məlumat veriləcək.

***

Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.

TƏBİB-dən AzVision.az-a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələrinə davam edilir.

Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti