Slovakiya Çexiyanı Şengen razılaşmasını pozmaqda günahlandırır

Slovakiya Çexiyanı Şengen razılaşmasını pozmaqda günahlandırır
  29 Oktyabr 2022    Oxunub:2827
Slovakiya hakimiyyəti Çexiyanı iki ölkə sərhədindəki müntəzəm yoxlamalara görə Şengen razılaşmasını pozmaqda ittiham edib.
AzVision.az xəbər verir ki, bu barədə Slovakiyanın daxili işlər naziri Roman Mikulets bildirib.

Məlumata görə, tranzit ölkə kimi Çexiya Almaniyaya gedən miqrantların sayının artması səbəbindən sərhəddə yoxlamalar tətbiq edib.

"Sənəddə qeyd olunur ki, daxili sərhəd nəzarətinin tətbiqi birinci deyil, sonuncu qərar olmalıdır və yalnız bütün digər imkanlar tükəndikdən sonra qəbul edilməlidir. Biz hesab edirik ki, bu imkanlar hələ tükənməyib", - Mikulets bildirib.

Slovakiya və Çexiya arasında məsələ ilə bağlı danışıqlar davam edir.

AzVision.az



Teqlər: Slovakiya   Çexiya   Şengen  





Xəbər lenti