Biləsuvardakı qəzada yaralıların adları açıqlandı - Yenilənib

 Biləsuvardakı qəzada yaralıların adları açıqlandı -  Yenilənib
  30 Oktyabr 2022    Oxunub:1278
Biləsuvar rayonunda BMW markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, iki nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən bir nəfər sağ, digər bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
"Report"un məlumatına görə, yaralılar bunlardır:

1.Qədirov Elşən Vahid oğlu (1986) - Sumqayıt şəhəri

2.Əlişanov Rüstəm Fəxrəddin oğlu (1983) - Sumqayıt şəhəri

3.Abdullayev Süleyman Sadiq (1998) - Hacıqabul rayonu

4.Həsənov Emin Hakverdi oğlu (1988) - Sumqayıt şəhəri

5.Niftiyev Elmir Emin oğlu (1998) - Biləsuvar rayonu

6.İskəndərov Elmar Marif (1994) – Biləsuvar rayonu

7.İmanov Vaqif Nürəddin oğlu (1992) - Biləsuvar rayonu

8.Hacıyev Taryel Elhan oğlu ( 1992) - Qəbələ rayonu

9.Pirimov Razi Əliməhəmməd oğlu (1979) - Sumqayıt şəhəri

10.Əlizadə Elməddin Ələddin oğlu ( 1995) - Sabirabad rayonu

11.Bayramov Natiq Nizami (1989) - Sumqayıt şəhəri

12.Qədirov Elşən Vahid oğlu ( 1986) – Sumqayıt şəhəri

13.Hüseynov Nicat Fərhad oğlu (1987) – Sumqayıt şəhəri.
AzVision.az


Teqlər:





Xəbər lenti