Çinarə Prezidentin onu səhnəyə dəvət etməsindən danışdı - VİDEO

   Çinarə Prezidentin onu səhnəyə dəvət etməsindən danışdı -    VİDEO
  30 Oktyabr 2022    Oxunub:2009
Oktyabrın 20-də Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Dost Aqropark”ın açılışı olub. Açılış mərasimində müğənni Çinarə Məlikzadə səhnəyə çıxıb.
Sənətçi tədbirdə 4 mahnı səsləndirib. Daha sonra Prezident İlham Əliyev Çinarəni nəzərdə tutaraq “dəvət edək, bir şəkil çəkdirək”, - deyə bildirib.

Səhnəyə çıxan Ç.Məlikzadə Prezidentlərə öz təşəkkürünü bildirib. AzVision.az xəbər verir ki, ötən gün Xəzər TV-nin qonağı olan gənc müğənni dövlət başçısının onu səhnəyə dəvət etməsindən danışıb.

Qeyd edək ki, Ç.Məlikzadə Vətən müharibəsi dövründə ifa etdiyi "Azərbaycan" mahnısı ilə məşhurlaşıb.

Daha ətraflı videomaterialda:



AzVision.az


Teqlər:





Xəbər lenti