DİN-dən universitet tələbəsini oğurlayan şəxslə bağlı açıqlama

   DİN-dən universitet tələbəsini oğurlayan şəxslə bağlı açıqlama
  30 Oktyabr 2022    Oxunub:1318
Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dillər Universitetinin (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaxınlığında bir nəfərin tələbələrə yaxınlaşaraq pul istəməsi barədə görüntülər yayılıb.
APA xəbər verir ki, iddiaya görə, həmin şəxs bir müddət əvvəl ADPU-nun xanım tələbələrindən birini oğurlayıb. Sonradan sərbəst buraxılan tələbə bir neçə gün sonra intihar edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərdən məlumatlıdırlar.

Hazırda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti