"Azərbaycanda kosmik tədqiqatlar iqtisadiyyatın aparıcı istiqamətinə çevrilib"

Rektor bildirib ki, hazırda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən Aerokosmik və Atmosfer Tədqiqatları elmi-tədqiqat laboratoriyasında, həmçinin Fizika fakültəsinin Astrofizika kafedrasında müvafiq tədqiqat və tədris layihələri yerinə yetirilir.
- Bu tədqiqatların əsas məqsədi Günəş-Yer əlaqələri, bu mühitdə kosmik plazma fizikası üzrə araşdırmalar, Günəş fizikası, habelə Günəşin Yerə, Yer atmosferi, ionosferi və maqnitosferinə, texnoloji və bioloji sistemlərə və iqlimə potensial təsirinin öyrənilməsidir, Elçin Babayev diqqətə çatdırıb.
O bildirib ki, beynəlxalq tədbirin gündəliyi Günəş və Günəş-Yer əlaqələri fizikasının nəzəri və praktiki aspektləri, Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri kimi bir çox maraqlı mövzuları əhatə edir: "Beynəlxalq elmi tədbirin əsas məqsədləri inkişaf etməkdə olan ölkələrdə müvafiq elmi cihazların quraşdırılması və kosmik hava məlumatlarının emalı işlərini davam etdirməklə yanaşı, xüsusi maraq kəsb edən tədqiqat nəticələrinə diqqət yetirmək, eyni zamanda beynəlxalq koordinasiya və əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdan ibarətdir. Ümid edirik ki, bu mötəbər tədbir ölkələr arasında elm, təhsil və mədəni əlaqələri inkişaf etdirmək yolunda mühüm bir addım olacaq, maraqlı və cəlbedici müzakirələr və bilik mübadiləsi ilə yadda qalacaq. Seminardan faydalanan bütün iştirakçılar bunu öz tədqiqatlarında da tətbiq edə biləcəklər”.
Aytən Zəhra
AzVision.az
Teqlər: