"Böyük çətinlik və fəlakətlərlə üzləşə bilərik" - Nazir müavinindən xəbərdarlıq

   "Böyük çətinlik və fəlakətlərlə üzləşə bilərik" -    Nazir müavinindən xəbərdarlıq
  31 Oktyabr 2022    Oxunub:1230
"30 il bundan əvvəl insanlar sadəcə adi havanı proqnoz edə bilirdilərsə, artıq bu gün kosmik havadan söhbət aparmaq olur. Bu da cəmiyyətin, eləcə də bəşəriyyətin sürətli inkişafından xəbər verir".
AzVision.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, belə inkişafla yanaşı etik dəyərlər, gənclərin fəlsəfi inkişafı və etik davranışı da vacib məsələyə çevrilmiş olur: "Bu gün kosmik havadan çox asılıyıq. Tədqiq edirik ki, bəşəriyyət bilik baxımından kosmosa çox yaxınlaşıb. Alətlər və kosmik instrumentlər də bundan asılıdır. Maqnit cərəyanların həyata o qədər təsiri var ki, proqnozlar vaxtında müəyyənləşdirilməsə böyük çətinlik və fəlakətlərlə üzləşə bilərik.

Həm elmdə, həm də yaradıcılıqda gələcək haqqında xülya qurmaq lazımdır ki, elm irəli getsin. Qapıları gəclərə açmaqla onların tədqiqatçı bacarıqlarından istifadəyə sövq etmək olar".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti