Azərbaycan yeni peyklər buraxacaq

"Kosmik sektorda uğura imza atmaq, üçün irəli getmək üçün agentlik beynəlxalq əməkdaşlığa üstünlük verməli, beynəlxalq təşəbbüslərin bir hissəsinə çevrilməlidir. Bunun nəticəsidir ki, Azərbaycan kosmik sənayedə etibarlı tərəfdaş olaraq qəbul olunur və növbəti il Bakı şəhərində beynəlxalq astrologiya konqresi keçiriləcək".
S.Əsədov bildirib ki, telekommunikasiya infrastrukturunun böyük hissəsi peyk fəaliyyətindən asılıdır: "Hamımız naviqasiya xidmətlərindən istifadə edirik, meteorologiya və iqlim dəyişikliyi araşdırmaçıları peyklərinin tədqiqat şəkillərini və məlumatlarından yararlanır. Günəş fəaliyyəti və kosmik hava ilə bağlı müzakirələr getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan hökümətinin hazırda 3 istismarda olan peyki var. Agentlik olaraq bu obyektlərin verdiyi məlumatları bir çox iqtisadi sahələrdə tətbiq edirik. Onlar telekommunikasiya infrastrukturunun inkişafında böyük rol oynayır".
Agentlik sədri əlavə edib ki, günəş və kosmik anomaliyalar peyk infrastrukturuna təsirsiz ötəşmir: "Əməliyyatçı olaraq bu anomallıqdan əziyyət çəkirik. Müxtəlif təşkilatçılardan çoxsaylı məlumatlar əldə edirik və peyklərin fəaliyyətini öncədən görməyə çalışırıq. Müəyyən tədbirlər görürük ki, bu təsirin mənfi nəticələri bir o qədər görsənməsin".
Aytən Zəhra
AzVision.az
Teqlər: