Mopedi almaq adı ilə sürüb qaçdı

Mopedi almaq adı ilə sürüb qaçdı
  31 Oktyabr 2022    Oxunub:702
Qubada elan saytında tapdığı mopedi oğurlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən, avtovağzalın qarşısında ona məxsus mopedini almaq istəyən, özünü Şükür kimi təqdim edən şəxsə mopedini yoxlamaq üçün verdiyini və sonuncunun mopedi sürüb getdiyini və geri qayıtmadığını bildirib.

Əməli törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini Şükür Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti