DİN 16 yaşlı qızın ərə verilməsinə münasibət bildirib - YENİLƏNİB

 DİN 16 yaşlı qızın ərə verilməsinə münasibət bildirib  -  YENİLƏNİB
  31 Oktyabr 2022    Oxunub:1142
Daxili İşlər Nazirliyi Sabirabadda 16 yaşlı qızın evləndirilməsi faktı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov AzVision.az-a bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub.

Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə yalnız nişan mərasiminin keçirildiyini, övladlarının hal-hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyini bildiriblər.

***
Sabirabad rayonunda erkən nikah faktı aşkarlanıb.

AzVision.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı Məmmədova Aysel Hüseynağa qızı Zal Qarağac kənd sakini Cavadov Allahverdi Əvəzağa oğluna ərə verilib. Toy şənliyi oktyabrın 22-də Şirvan şəhərindəki şadlıq sarayında baş tutub.

AzVision.az



Teqlər:





Xəbər lenti